AZ

Kampaniya, yoxsa tələ? – “Türkcell”dən biabırçı tarif dəyişikliyi / FOTOLAR

İnternet provayderi “Türkcell” növbəti qalmaqalla gündəmə gəlib.

NOCOMMENT.az -a daxil olan şikayətdə bildirilib ki, 28.04.2025-ci il tarixində şirkətin Elvin adlı əməkdaşı binanın mənzillərinə yaxınlaşaraq, 1 il müddətinə internet xidmətinin aylıq cəmi 10 manat olacağını bildirib. Bu vədə inanaraq onlarla ailə sözügedən “kampaniya”ya qoşulub.

Lakin 1 il tamam olmamış, müştərilərə göndərilən mesajda 15 fevral tarixindən etibarən internet tarifinin dəyişdiriləcəyi və aylıq ödənişin 18 manata qaldırılacağı bildirilib. Bu xəbər vətəndaşlarda ciddi narazılıq yaradıb.

Məsələ ilə bağlı “Türkcell”in qaynar xətti ilə əlaqə saxlayan müştərilərə isə qiymət artımının guya “müştəri məmnuniyyəti” məqsədi daşıdığı, internet sürətinin artırıldığı deyilib.

Vətəndaşlar haqlı olaraq sual edir:

“Əməkdaşınızın dediyi 10 manatlıq kampaniya hara, sizin 18 manatlıq ‘məmnuniyyətiniz’ hara?”

Şikayətçilərin sözlərinə görə, burada açıq-aşkar kampaniya adı altında vətəndaşların aldadılması, müştəri məmnuniyyəti anlayışından sui-istifadə edilməsi baş verir. Onların fikrincə, “Türkcell” əvvəlcə ucuz qiymət vədi ilə müştəri cəlb edir, daha sonra isə birtərəfli qaydada tarifləri artırır.

Qeyd olunur ki, bu cür addımlar istehlakçı hüquqlarının birbaşa olaraq kobud şəkildə pozulmasıdır.  

Seçilən
82
nocomment.az

1Mənbələr