AZ

Deputatdan "Bayır Şəhər"dəki söküntüdən danışdı: “Tağıyevin ev muzeyini söküblər, yoxsa “Azərbaycan” kinoteatrını?”

Bakının “Bayır Şəhər” adlanan tarixi məhəlləsində aparılan genişmiqyaslı söküntü işləri gündəmdədir. Xüsusilə, "Təzəpir" məscidi ətrafındakı köhnə binaların sökülməsi ərazidəki sakinlərin, o cümlədən memarların ciddi narazılığına səbəb olub. "Bayır Şəhər" XIX əsrin sonu və XX əsrin əvvəllərində tikilən çoxsaylı yaşayış binaları, memarlıq abidələri ilə zəngindir. Hətta Bakının Baş Planına (Bakı, 2040, Baş Planı) əsasən, "Bayır Şəhər" və "Təzəpir" ətrafı Xüsusi Mühafizə Zonası statusuna malikdir. Memarların sözlərinə görə, "Bayır Şəhər"də XIX əsrdə məşhur milyonçular Teymur bəy Aşurbəyov, Murtuza Muxtarov, Hacı Zeynəlabidin Tağıyev tərəfindən inşa edilib.

 

Pravda.az məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsindən mövqe öyrənməyə çalışıb.

 

Komitənin üzvü Aqil Abbas "Bayır Şəhər"dəki tarixi binalardan xəbərsiz olduğunu deyib: “Hansı bina sökülür? Tağıyevin ev muzeyini söküblər? Yoxsa "Azərbaycan" kinoteatrını? Tarixi binalar kitaba düşür. Onları sökmək olmaz. Dağılmaqda olan qədim bina başqa şeydir, orada yaşamaq mümkün deyil. Qədimlə tarixini qarışdırmayın”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Fevral 2026, 16:12   
Seçilən
49
pravda.az

1Mənbələr