AZ

Tramp: Hələki qərar verməmişəm

ABŞ prezidenti Donald Trampın üçüncü müddətə namizədliyi ilə bağlı açıqlamaları yenidən gündəmə gəlib.

Tramp NBC News-a verdiyi müsahibədə ikinci müddətindən sonra yenidən prezident postunda qalması ehtimalı ilə bağlı suala birbaşa cavab verməyib. Ondan 21 yanvar 2029-cu ildə — yəni mümkün ikinci müddətinin bitməsindən bir gün sonra — hələ də prezident olacağı hər hansı ssenarini təsəvvür edib-etmədiyi soruşulub.

“Mən bilmirəm. Bu maraqlı olardı. Amma sənin gözlədiyin cavabı versəm, bu, dəhşətli olmazdı? Bu, həyatı daha az maraqlı edərdi”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp 2025-ci ilin noyabrında üçüncü dəfə prezidentliyə namizəd olmaq barədə düşünmədiyini açıqlamışdı. Lakin 2026-cı ilin yanvar ayının sonlarında o, 2028-ci il prezident seçkilərində yenidən namizəd ola biləcəyi ehtimalını yenidən gündəmə gətirib.

Xatırladaq ki, 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, bir şəxs maksimum iki müddət prezident vəzifəsini icra edə bilər.

Seçilən
22
veteninfo.az

1Mənbələr