AZ

Bu smartfonların qiyməti yeni “iPhone” modelləri ilə müqayisədə daha ucuzdur

“Apple” korporasiyası “iPhone 16” seriyasına aid bərpa olunmuş smartfonların satışına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.

Bərpa olunmuş smartfonlar daha əvvəl istifadə edilmiş, lakin “Apple” tərəfindən rəsmi şəkildə təmir edilərək yenidən satışa çıxarılan telefonlardır. Fevralın əvvəlindən etibarən ABŞ şirkəti 2024-cü ilin payızında təqdim olunmuş “iPhone 16” seriyasına aid bu cür cihazları satışa çıxarıb. Bu smartfonların qiyməti yeni “iPhone” modelləri ilə müqayisədə təxminən 12–22 faiz daha ucuzdur.

Belə ki, normalda 799 dollara (61 min rubl) satılan “iPhone 16” bərpa olunmuş variantda 619 dollara (47 min rubl) təklif olunur. “iPhone 16 Plus” modelinin qiyməti 899 dollar (68 min rubl) əvəzinə 699 dollar (54 min rubl) təşkil edir. “iPhone 16 Pro” 999 dollar (76 min rubl) yerinə 759 dollara (58 min rubl), “iPhone 16 Pro Max” isə 1199 dollar (92 min rubl) əvəzinə 929 dollara (71 min rubl) satılır.

Bərpa olunmuş cihazlar artıq “Apple”ın Kanadada, Böyük Britaniyada, Fransada, Almaniyada, İtaliyada, İspaniyada, Niderlandda, Belçikada və İsveçrədə yerləşən rəsmi mağazalarında satışa çıxarılıb. Yaxın həftələrdə bu cür smartfonların dünyanın digər ölkələrində də əlçatan olacağı gözlənilir.

Aytəkin TOFİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr