AZ

Xocalı sakinindən Arayikin ömürlük həbsinə reaksiya

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilənlərdən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.Xocalı sakini, Xocalı faciəsi zamanı əsir düşmüş Əbülfət Kərimov Demokrat.az-a açıqlama verərək onların cəzalandırılması barədə fikirlərini bölüşüb. O, bu xəbəri ilk dəfə bizdən eşitdiyini deyib:“Bu gün ümumiyyətlə xəbərlərə baxmamışdım. İlk müjdəni siz verdiniz. Onlar edam olunsalar belə, ürəyimdəki ağrı onlara qarşı heç vaxt soyumayacaq. Başımıza gətirdikləri oyunları unutmaq mümkün deyil. Onlara görə, atam əsir düşüb, hələ də ondan xəbər yoxdur. Torpaqlarımız geri alınıb. İnşallah, yaxın zamanda biz də doğma yurdumuza qayıdacağıq. Allahdan yalnız ömür istəyirəm ki, Araik Arutyunyanın həbsxanadan nəşinin çıxarılmasını görüm. Haqq-ədalət gec-tez öz yerini tapır və tapacaq. Qoy ölkəmiz sülh içində yaşasın. Bizim çəkdiklərimizi balalarımız çəkməsin. Allah hamını qorusun”.Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
demokrat.az

1Mənbələr