AZ

Ləğv edilən “Royalbank”da korrupsiya: Vətəndaşa özündən xəbərsiz kredit verilib

Ləğv edilən “Royalbank”da korrupsiya: Vətəndaşa özündən xəbərsiz kredit verilib

Əhmədov Mehman Tağı oğlu ləğv edilmiş “Röyalbank”da saxtalaşdırma və korrupsiya halının olduğunu deyir.

AFN.az-a müraciət edən M.Əhmədov bildirib ki, belə bir faktla özü başqa bir bankdan kredit götürmək istərkən qarşılaşıb. Belə ki, vətəndaş 2024-cü ilin yayında "AzərTürkBank"dan kredit götürək istəyib: “Həmin bankın nümunəvi müştərilərindən idim. Ondan əvvəl də kredit götürüb vaxtında ödəmişdim. Müraciətimi qiymətləndirməyə götürdülər, lakin dedilər, sənin borcun var, verə bilmərik. Mən təəccübləndim, çünki heç bir borcum yox idi, götürdüyüm krediti də vaxtında ödəmişəm. Məni yönləndirdilər, ASAN Xidmətdə adını unutduğum bir quruma müraciət etdim, adıma olan "borcu" çıxartdılar. Məlum oldu ki, ləğv edilmiş "RoyalBank"a ümumilikdə 3936 manat borcum varmış”.

M.Əhmədova bildirilib ki, “Royalbank” ləğv prosesində olduğu üçün sənədlər sistemə təzə vurulub, ona görə indiyədək problemli krediti görsənməyib: “İndi isə göstərilir ki, guya mənə ləğv prosesində olan "Royalbank" ASC tərəfindən 2570 manat kredit verilib, 24.10.2024-cü il tarixdə bank əməliyyat sistemində 2185 manat əsas, 1751 manat isə faiz borcu olmaqla ümumilikdə 3936 manat kredit “borcum” var. Mən bununla razılaşmadım, Baş Prokurorluğa müraciət etdim. Onlar məktubumu Mərkəzi Banka, Mərkəzi Bank da Əmanətlərin Sığortalanması Fonduna yönəltdi. Ordan da mənə eyni cavab gəldi. Özüm durub getdim fonda, yazdım bildirdim ki, mənim həmin kreditdən xəbərim yoxdur, xahiş edirəm, araşdırılsın. Fonddan yenə mənə formal cavab göndərildi ki, bank əməliyyat sistemində sizin adınıza filan qədər borc görsəniz. Bu məsələdə süründürməçiliklə məşğuldurlar, əlac qalıb məhkəməyə. Məhkəmə isə xeyli vəsait tələb edir, hazırda mənim buna imkanım çatmır”.

Şikayətçi Mehman Əhmədov aidiyyatı qurumlardan məsələ ilə bağlı ciddi tədbir görmələrini xahiş edir: “Xahiş edirəm, aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi məşğul olsunlar. Burada söhbət tək məndən getməyə bilər, böyük bir korrupsiya faktı olması mümkündür. Ona görə də, hüquq-mühafizə orqanları da məsələyə adi yanaşmamalıdırlar”.

ATABƏY

Seçilən
13
afn.az

1Mənbələr