AZ

“Azərbaycan Nəşriyyatı” bağlandı

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Nəşriyyatı” əsaslı təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.

Hafta.az bildirir ki, bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.

Bildirilib ki, nəşriyyatın yerləşdiyi binanın texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik standartlarına cavab verməsi və müasir iş şəraitinin yaradılması məqsədilə genişmiqyaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır:

“Bu səbəbdən hazırda binada fəaliyyət göstərən qəzet redaksiyalarına və müxtəlif təşkilatlara martın 1-dək möhlət verilmişdi və onların müvəqqəti olaraq başqa ünvanlara köçmələri tələb olunmuşdu. Demək olar ki, hamı başqa ünvana köçüb və bütün otaqlar boşaldılıb”.

Qeyd edilib ki, “Azərbaycan Nəşriyyatı” təmir-bərpa işləri başa çatdıqdan sonra  fəaliyyətini əvvəlki qaydada davam etdirəcək:

“İndiyədək binada yerləşən qəzet və təşkilatların təmirdən sonra yenidən nəşriyyata qayıtmasına icazə verilib-verilməyəcəyinə gəlincə, bu barədə qərar onların özləri verməlidir”.

“Azərbaycan Nəşriyyatı”da təmir işlərinin nə vaxt başlayacağı və başa çatacağı isə hələ dəqiq bilinmir./yenisabah/

Seçilən
11
5
hafta.az

6Mənbələr