AZ

Barselona dan maraqlı addım: Yuxu mütəxəssisi...

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Barselona"dan maraqlı addım: Yuxu mütəxəssisi...

"Barselona" futbolçuların sağlamlığı və bərpa prosesi üçün maraqlı addım atıb.

QOL.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya təmsilçisi yuxu mütəxəssisi işə götürüb. "Barselona"nın məşqçilər heyəti oyunçularının istirahətinə və bərpasına daha çox diqqət yetirməyə başlayıb.

Ona görə də Kataloniya klubu bu mövsüm oyunçularının gərgin məşq və oyunlardan sonra optimal şəkildə bərpa olunmasına kömək etmək üçün yuxu mütəxəssisi işə götürmək qərarı verib.

Qeyd olunur ki, mövsümöncəsi təlim-məşq toplanışları və səfər oyunları zamanı komandanın səhər tezdən geri qayıtması səbəbindən yuxu mütəxəssisinin rolu xüsusilə vacibdir, çünki gündəlik işlərdəki pozuntular stressə, narahatlığa və tükənməyə səbəb ola bilər. Bundan əlavə, oyunçuların qidalanmasına xüsusi diqqət yetirilir. Belə ki, futbolçular səhər yeməyini məşq bazasında yeyirlər və məşqə özləri ilə yemək də gətirə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
2
qol.az

5Mənbələr