AZ

Xarici tanınmışlar Azərbaycanı biznes mərkəzinə çevirir Ev danasından öküz olmaz?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son illər Bakıda xarici qonaqların iştirakı ilə keçirilən konsertlər, görüşlər və mühazirələr adi hal alıb. Türkiyəli müğənnilər, komediya ustaları, ilahiyyatçılar və müxtəlif sahələr üzrə çıxış edən şəxslər mütəmadi olaraq paytaxta dəvət olunur. Bu tədbirlərə olan maraqla yanaşı, bilet qiymətləri də tez-tez müzakirə mövzusuna çevrilir. Son günlər türkiyəli ilahiyyatçı Nihat Hatipoğlunun Bakıda keçiriləcək çıxışı üçün biletin 80 manat olması cəmiyyətdə narazılıq yaradıb.Bəs xaricdən gələn qonaqların bu qədər baha qiymətə çıxış etməsi nə dərəcədə əsaslıdır?Məsələ ilə bağlı Demokrat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insanların gündəlik problemlərdən uzaqlaşdırılması tarixən müxtəlif vasitələrlə həyata keçirilib:“Hələ Roma imperiyası dövründən bu yana hakimiyyətlər insanların diqqətini yayındırmağa çalışıb. Tamaşalar, əyləncələr, bu gün isə konsertlər və futbol həmin funksiyanı yerinə yetirir. Azərbaycanda buna toy mərasimlərini də əlavə etmək olar”.Onun sözlərinə görə, ölkədə geniş yayılmış dəbdəbəli toylar da eyni sosial mexanizmin bir hissəsinə çevrilib:“Bahalı müğənnilərin dəvət olunduğu, böyük xərclər tələb edən toylar artıq norma kimi qəbul edilir. Bu adət zamanla cəmiyyətin özünü yönləndirmə mexanizminə çevrilib. İnsanlar bunu təkrarladıqca sual verməyi dayandırır”.Eyyub Hüseynov qeyd edib ki, eyni yanaşma xaricdən gələn mühazirəçilərə münasibətdə də açıq şəkildə görünür:“Cəmiyyətdə yerli ekspertlərə inam zəifdir. El arasında deyildiyi kimi, ev danasından öküz olmaz. Xaricdən gələn hər kəs daha bilikli hesab olunur. Bu yanaşma təkcə ilahiyyat sahəsində yox, tibb və digər sahələrdə də özünü göstərir”.Ekspert xüsusilə Türkiyədən gələn və intensiv reklam olunan şəxslərə diqqət çəkib:“Araşdırmalar göstərir ki, bəzi hallarda tibbi və elmi fəaliyyət biznes modelinə çevrilir. Laboratoriyalar, əlavə xidmətlər bu prosesə qoşulur. Nəticədə insanların diqqəti yayındırılır və onlardan pul qazanılır”.Hüseynov vurğulayıb ki, bu prosesdə medianın məsuliyyəti böyükdür:“Media rasional düşüncəni təşviq etməlidir. Bütün medianı reklam dəstəyi verməkdə ittiham etmək olmaz. Amma cəmiyyətin maarifləndirilməsi zəifdir. Az sayda təsirli fiqurun insanların düşüncəsinə yön verməsi də bunu sübut edir. Bu sahədə daha sistemli yanaşmaya ehtiyac var”.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
demokrat.az

1Mənbələr