AZ

Ali Radanın birinci vitse spikeri: Zelenskinin korrupsiya qalmaqalına reaksiyası vacib idi

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynda korrupsiya ilə bağlı qalmaqalların təsirinin azaldılması üçün hakim komandada dəyişikliklər edilib.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının sədri, Ali Radanın birinci vitse-spikeri Oleksandr Korniyenko deyib.

"Biz dəyişikliklər edirik ki, hansısa qalmaqalların təsirini azaldaq. Qalmaqallar, bəli, çox olub və var. Amma qalmaqallara reaksiya çox vacibdir. Prezidentin reaksiyası demək olar ki, dərhal oldu. Yəni müəyyən təmizləmə oldu. Bu qalmaqalların iştirakçılarının işdən çıxarılmasını nəzərdə tuturam", - o bildirib.

Antikorrupsiya orqanlarının işinə toxunan O.Korniyenko vurğulayıb ki, Ali Radadan, partiyanın rəhbərliyi tərəfindən onlara tam dəstək var:

"Biz bu ölkədə korrupsiyaya qarşı istənilən mübarizəni dəstəkləyirik. Məsələn, yeni təyinatlar orduya yeni nəfəs vermək üçün vacibdir. Yeni müdafiə naziri Mixaylo Fedorov dünyada ən gənc müdafiə naziridir. 35 yaşlı nazirlə siyasi karyeramızı birlikdə başlamışıq. O, 2022-ci ildən başlayaraq dəfələrlə sübut etdi ki, həm çox vətənpərvər bir insandır, həm də hərbi məsələlərdən baş çıxarır, dron strategiyamızın da əsas təşəbbüskarı odur".

Denis Şmıqalın energetika naziri təyin edilməsinə toxunan hakim partiyanın sədri qeyd edib ki, o, Ukraynada həqiqətən energetika naziri vəzifəsinə layiq olan azsaylı insanlardan biridir.

"Təəssüf ki, son vaxtlar bizdə bu, nadir hallarda olub. O, vaxtilə böyük bir istilik elektrik stansiyasının direktoru işləyib. Dəqiq bilir ki, bu sahə necə işləyir, nə lazımdır, orada hansı problemlər var. Və budur, bizdə artıq günlərdir böhran vəziyyəti var idi və o, göstərdi ki, bu məsələləri nə qədər keyfiyyətli şəkildə izah edir, onları daha sonra necə həll edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
hurriyyet.az

2Mənbələr