AZ

Ukrayna torpaqlarında davam edən müharibə Rusiyanın keçmiş sovet respublikaları ilə SSRİ qurmaq planını gecikdirir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Ukrayna arasında mümkün sülh ilk baxışdan uzaq cəbhələrin sakitləşməsi kimi görünə bilər, amma sual buradadır: diqqət hara yönələcək? Tarix göstərir ki, Moskva üçün Cənubi Qafqaz heç vaxt sıradan bir region olmayıb. Bu məkan həm təhlükəsizlik, həm də təsir baxımından həmişə ön sırada dayanıb. Müharibə yükü azaldıqca Rusiyanın siyasi və diplomatik resurslarını bu istiqamətə yönəltmək cəhdi istisna edilmir. Amma artıq oyun əvvəlki oyun deyil: regionda Türkiyənin çəkisi artıb, Qərb daha açıq görünür, Azərbaycan isə öz xəttini özü müəyyən edir. Sülh Rusiyaya manevr imkanı yaratsa da, Cənubi Qafqaz əvvəlki kimi “boş meydan” deyil.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın vəziyyəti sadə deyil, çünki həm ABŞ-İran qarşıdurması, həm Rusiya-Ukrayna savaşı bu və ya digər formada bizim ətrafımızda baş verir: “Rusiya-Ukrayna arasında sülh sazişi olacağı təqdirdə, Rusiyanın üzünü Cənubi Qafqaza çevirməsinə dair narahatlıqlar var. Eyni zamanda bölgədəki gərginliyin davam etməsinə və Rusiyanın konkret olaraq, Güney Qafqaza və Türküstana hansısa təhdidlər etmək ehtimalı var. Bunu birmənalı şəkildə demək olmaz. Və yaxud əksinə, sazişin baş tutmaması Rusiyanı zəiflədə bilər və bizə qarşı olan hansı təhdidləri aradan qaldıra bilər. Belə də düşünmək olar. Rusiyanın başı Ukraynaya nə qədər çox qarışırsa, bu savaşda nə qədər çox güc itirsə, bir o qədər Rusiya təhdidi ilə üz-üzə qalmırıq. Rusiyanın zəifləməsi bizim lehimizədir”.

Əli Mustafa

Politoloq Əli Mustafa qeyd edib ki, bütün hallarda bu gün Rusiya Ukrayna ilə arasındakı savaşı yekunlaşdırmaq qənaətində deyil: “Rusiya SSRİ-ni bərpa etmək istəyir, onun üçün də bütün keçmiş sovet respublikaları onun ilkin hədəfidir. Bu səbəbdən də, Ukrayna ilə savaş bu və ya digər formada bizi qismən sığortalayır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
bizimyol.info

1Mənbələr