Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlıq memorandumuna imzalanıb. Memorandum çərçivəsində iki ölkə təhsil, tədqiqat və startap layihələrində birgə fəaliyyət göstərəcək. Sənəd həm universitetlər, həm araşdırma mərkəzləri, həm də dövlət qurumları arasında bilgi mübadiləsi və təcrübə paylaşımını nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanın süni intellekt texnologiyalarının inkişafını sürətləndirəcək və rəqəmsal transformasiya prosesinə əlavə təkan verəcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və İsrail öz xalqlarının və dövlətlərinin milli maraqları kontekstində əməkdaşlıqlarını hər gün bir qədər daha çox dərinləşdirirlər ki, bu da qarşılıqlı etimada və sınaqdan çıxmış etimad təcrübəsinə əsaslanır.
Hikmət Babaoğlu
“Hazırda beynəlxalq münasibətlərdə o qədər liberal mövqelər yaranıb ki, kimin kimə etibar edəcəyi məsələsində həmişə ölkələr spektik davranış göstərirlər. Ancaq Azərbaycan və İsrail arasında güclü etimad mühiti var ki, bu da əməkdaşlığın daha da dərinləşməsi üçün strateji demək platforma yaradır”-deyən Hikmət Babaoğlu qeyd edib ki, İsrail süni intellekt və onun tətbiqi sahəsində dünyanın ölkələrindən biridir.
Deputatın fikrincə, həm dördüncü sənaye inqilabı, həm ən müasir hərbi sənaye imkanları, hərbi sənaye məhsullarının istehsalı kimi məsələlər süni intellektin də müdaxiləsi ilə həyata keçiriləcəyini nəzərə alsaq, süni intellekt və müasir texnologiyalar və milli təhlükəsizliyin ayrılmaz bir parçasına çevriləcək: “Azərbaycan və İsrail arasında imzalanmış memorandum hər iki ölkənin gələcək təhlükəsizliyinə xidmət edəcək və mühüm perspektivə malik bir addım idi və bu, hər iki ölkənin həm təhlükəsizlik, həm inkişaf baxımından böyük dividentlər vəd edir”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.