Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə uşaq evin yaxınlığında oynayarkən baş verib.
Azyaşlının atası Rəşad Bəşirov deyib ki, oğlu evlərinin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar.
O, hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyi deyib.
Xəstəxanaya aparılan uşaq dərhal cərrahi əməliyyat olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.