AZ

Qızlara autizm diaqnozu daha gec qoyulur - Araşdırma

Bakı. Trend:

Yeni tibbi araşdırmalara görə, autizm qadınlarda da kişilərqədər yayıla bilər, lakin oğlanlarda uşaqlıq dövründə diaqnozqoyulma ehtimalı dörd dəfəyə qədər yüksəkdir.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

İsveçdə aparılan tədqiqatda 1985-2020-ci illər arasında İsveçdədoğulmuş insanların autizm diaqnozu göstəriciləri araşdırılıb.Araşdırmaya daxil edilən 2,7 milyon insanın 2,8 faizinə 2 - 37 yaşarasında autizm diaqnozu qoyulub.

Tədqiqatçılar müəyyən ediblər ki, 20 yaşına qədər kişilər vəqadınlar arasında diaqnoz nisbətləri demək olar ki, bərabərdir. Bunəticə autizmin kişilər arasında daha çox yayıldığına dair əvvəlkifərziyyələri şübhə altına alır.

Araşdırmanın aparıcı müəllifi Dr. Kerolin Fayf bildirib ki,nəticələr autizmin yayılmasında gender fərqinin əvvəl düşünüləndəndaha az olduğunu göstərir:

“Qadın və qızlara çox zaman diaqnoz ya qoyulmur, ya da gecqoyulur”.

Tədqiqatın nəticələrinə görə, uşaqlıq dövründə oğlanlaraqızlardan orta hesabla üç il əvvəl diaqnoz qoyulur. Diaqnoz zamanıorta yaş qızlar üçün 15,9, oğlanlar üçün isə 13,1-dir. Ümumilikdə,oğlanlarda 10 yaşına qədər autizm diaqnozu qoyulma ehtimalı qızlaranisbətən üç-dörd dəfə daha çoxdur. Lakin yeniyetməlik dövründəqızlarda diaqnozların artması səbəbindən bu fərq 20 yaşına qədərdemək olar ki, aradan qalxır.

Araşdırmada qeyd edilib ki, autizmli qızlara tez-tezəhval-ruhiyyə və şəxsiyyət pozğunluqları kimi fərqli psixiatrikdiaqnozlar qoyulur və bu da əsas problemin gec müəyyən edilməsinəsəbəb olur.

Nəticələrə münasibət bildirən Milli Autizm Cəmiyyətinin dəlil vətədqiqat rəhbəri Dr. Judith Brown vurğulayıb ki, gender heç vaxtautizm diaqnozu və düzgün dəstəyə çıxış üçün maneə olmamalıdır.Onun sözlərinə görə, qadınlar və qızlar autizm əlamətlərini dahaçox “maskalamağa” meylli olduqları üçün onların çətinlikləriniaşkar etmək daha mürəkkəb olur.

Seçilən
116
3
az.trend.az

4Mənbələr