AZ

Rəsmi Pekin: “Çinin bu mərhələdə nüvə danışıqlarına qoşulmaq planı yoxdur”

Ayna saytına istinadən ain.az xəbər verir.

"Çinin nüvə potensialı miqyasına görə ABŞ və Rusiyanın potensialından kökündən fərqlənir”

“Çinin bu mərhələdə nüvə danışıqlarına qoşulmaq planı yoxdur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Cian brifinqdə deyib.

XİN sözçüsü qeyd edib ki, "Çinin nüvə potensialı miqyasına görə ABŞ və Rusiyanın potensialından kökündən fərqlənir. Bu mərhələdə Çin nüvə tərksilahı danışıqlarında iştirak etməyəcək".

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında START (Strateji Silahların Azaldılması Müqaviləsi) müddəti başa çatıb. Beləliklə, 1972-ci ildən bəri ilk dəfə olaraq iki ölkənin sahib olduğu strateji nüvə silahlarının sayını məhdudlaşdıran heç bir hüquqi sənəd yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
ayna.az

1Mənbələr