AZ

Zelenski nöqtəni qoydu: Donbas məsələsi...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mediasında yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Donbass regionu bütün hallarda Ukraynanın ərazisi olaraq qalır.

Rusiya tərəfinin dünyanın müxtəlif ölkələrindən Donbassı öz ərazisi kimi tanımasını tələb etməsinə münasibət bildirən Zelenski deyib ki, bu qərar heç bir real nəticə verməyəcək. Çünki həmin torpaqların taleyini müəyyən etmək hüququ yalnız Ukrayna hökumətinə və prezidentinə məxsusdur.

O, Ukraynanın bir hissəsi olan Donbassın “müvəqqəti işğal edilən ərazi” statusuna malik olduğunu xatırladıb. Bu iddiaların Ukrayna müstəqilliyinə təsir etməyəcəyini vurğulayıb. Prezident bildirib ki, əgər Ukrayna bu müharibəni uduzsa, ölkə müstəqilliyini itirəcək və Rusiyanın tərkibinə daxil olacaq. Bu isə tamamilə dəhşətli itki sayılacaq. Ancaq Zelenski buna inanmadığını, Ukraynanın qalib gələcəyinə əmin olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
globalinfo.az

1Mənbələr