AZ

Azər Bağırov: “Cavab matçında daha fərqli oynamağa çalışacağıq”

"Kəpəz" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub mərhələni keçən tərəf biz olarıq".

- Növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz? 

- Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.

I Liqa: Lider xal itkisi ilə üzləşib

"Qarabağ" “Şamaxı”ya məğlub oldu - YENİLƏNİB

“Sabah” komandalarından 11 oyuna 10 qələbə

“Qarabağ”ın yetirməsi II Liqa klubunda - RƏSMİ

“Neftçi”nin matçının biletləri satışda

Seçilən
22
5
apasport.az

6Mənbələr