AZ

Trampı təhqir etdi, ABŞ bütün əlaqələri kəsdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton ABŞ Prezidenti Donald Trampa qarşı təhqirindən sonra Polşa Seyminin (parlamentin aşağı palatası) sədri Vlodzimej Çajasti ilə bütün əlaqələrini kəsmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Varşavadakı səfiri Tom Rouz bildirib.

"Prezident Trampa qarşı təhqirlərindən dolayı Çajasti ilə heç bir münasibətimiz, əlaqəmiz və ya ünsiyyətimiz olmayacaq.

Biz heç kimin ABŞ-Polşa münasibətlərinə xələl gətirməsinə və ya Polşa və Polşa xalqı üçün çox şey etmiş ABŞ Prezidenti Donald Trampa hörmətsizlik etməsinə icazə verməyəcəyik", - deyə Rouz bildirib.

Qeyd edək ki, daha əvvəl Çajasti ABŞ Nümayəndələr Palatasının və İsrail Knessetinin spikerlərinin Amerika liderinə Nobel Sülh Mükafatı vermək təşəbbüsünü dəstəkləməkdən imtina etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
axar.az

1Mənbələr