AZ

Xidməti avtomobili 100 lə sürən polislə bağlı qərar Sürücülük vəsiqəsi 3 aylıq əlindən alındı

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Polşada polis əməkdaşı xidməti avtomobildə sürət həddini aşdığına görə sürücülük vəsiqəsindən məhrum edilib.  Avtosfer.az Lent.az-a istinadla bildirir ki, hadisə Tarnuv şəhərində baş verib. Növbədə olan cinayət təhqiqatları şöbəsinin əməkdaşı xuliqanları saxlayan digər polis əməkdaşlarına həmkarları ilə birlikdə köməyə gedirmiş.

Təcili yardım maşını qəzaya düşdü, xəstə və 3 nəfər xəstəxanalıq oldu - VİDEO

Bu zaman xidməti avtomobildə nə işıq siqnalları, nə də sirena qoşulu olub, yaşayış məntəqəsində isə sürət həddi 100 km/saatdan çox aşılıb. Yol polisi qayda onları saxlamaq üçün təqibə başlayıb. Daha sonra isə törədilmiş pozuntulara görə cəza təyin olunması barədə məhkəməyə vəsatət təqdim edilib. Bəzi polis əməkdaşları vəziyyətin sürət həddinin aşılmasını əsaslandırdığını düşünsələr də, Tarnuv polis rəhbərliyi bu mövqe ilə razılaşmayıb. Həmçinin xidməti avtomobildə tanınma siqnallarının nasaz olduğu bildirilsə də, bu məlumat təsdiqlənməyib. Nəticədə məhkəmə yol hərəkəti qaydalarının pozulmasına görə polis əməkdaşını üç ay müddətinə sürücülük hüququndan məhrum edib.

Oxunub 48

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
avtosfer.az

1Mənbələr