AZ

“Sertifikasiyada uğur əldə edə bilməyən yüzlərlə müəllimin əmək müqaviləsinə müvafiq olaraq xitam verilib”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, müəllimlər də daxil olmaqla bütün əmək münasibətləri qanunla tənzimlənir və əmək müqaviləsinə yalnız hüquqi əsaslar olduqda xitam verilə bilər. Bizimyol.info metbuat.az-a istinadən xəbər verir ki, müəllimlə əmək müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər: müəllimin öz təşəbbüsü ilə işdən çıxması, müqavilə müddətinin başa çatması, tərəflərin qarşılıqlı razılığı, müəssisənin ləğvi və ya ştat ixtisarı, eləcə də tərəflərin iradəsindən asılı olmayan hallar. Bu əsaslar olmadan işdən azad edilmə qanunsuz sayılır. İşəgötürən müəllimi yalnız Əmək Məcəlləsində göstərilən konkret hallarda vəzifə öhdəliklərinin pozulması, əmək intizamına əməl edilməməsi, işə davamlı gəlməməsi, pedaqoji etikaya zidd davranışlar və şagirdlərin təhlükəsizliyini riskə atan hərəkətlər olduqda işdən azad edə bilər. Bu zaman bütün faktlar rəsmi şəkildə sənədləşdirilməlidir. Qanunsuz və ya prosedur pozuntusu ilə işdən çıxarılan müəllim məhkəməyə müraciət edərək işə bərpa olunma və itirilmiş əməkhaqqının ödənilməsini tələb edə bilər.Təcrübədə müəllimlərin hansı səbəblərlə işdən çıxarılması daha çox rast gəlinir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan təhsil eksperti Elçin Əfəndi müəllimlərin içdən çıxma səbəblərinə aydınlıq gətirib: “Müəllimlərin işdən çıxma səbəbləri arasında son dövrlərdə ən çox sertifikasiya prosesi müşahidə olunur. Sertifikasiyada uğur əldə edə bilməyən yüzlərlə müəllimin əmək müqaviləsinə müvafiq olaraq xitam verilib”.

Elçin Əfəndi

“Müəllimlərin işdən çıxmasının digər səbəbləri arasında etik davranış normalarının pozulması ikinci yerdə gəlir. Üçüncü səbəb isə sağlamlıq problemləridir bəzi müəllimlər müalicə məqsədilə əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam alırlar. Dördüncü amil, əmək müqaviləsinin müddətinin başa çatmasıdır. Bütün bu səbəblər nəticəsində işdən çıxarılma halları reallaşır”-deyə Elçin Əfəndi qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
bizimyol.info

1Mənbələr