AZ

Bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günüdür.Metbuat.az xəbər verir ki, 20 - 24 mart Novruz bayramı, 20 - 21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.Bu səbəbdən dövlət və özəl müəssisələrdə 19 martda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.Qeyd edək ki, 20 -30 mart ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
116
13
metbuat.az

10Mənbələr