AZ

Pezeşkian Azərbaycanı təhdid edən kontr admirala yüksək vəzifə verdi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Prezidenti Məsud Pezeşkianın imzaladığı fərmanla İranın ali rəhbərinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani ölkənin Müdafiə Şurasının katibi vəzifəsinə gətirilib.

Globalinfo.az xəbər verir ki, təyinat regionda və beynəlxalq müstəvidə təhlükəsizlik risklərinin artdığı bir dövrə təsadüf edir. Əli Şamxani daha əvvəl uzun illər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və hərbi-siyasi qərarların qəbulunda əsas fiqurlardan biri kimi tanınır.

Müdafiə Şurasının əsas funksiyalarına ölkənin müdafiə hazırlığının gücləndirilməsi, yeni təhlükə və çağırışlara qarşı tədbirlərin hazırlanması, həmçinin müdafiə sahəsində qərarların koordinasiyasının artırılması daxildir.

SEPAH-a yaxın mənbələrin bildirdiyinə görə, Şamxaninin bu posta qayıdışı Tehranda təhlükəsizlik strukturlarının rolunun daha da artdığını və müdafiə siyasətinin daha mərkəzləşdirilmiş şəkildə idarə olunacağını göstərir.

Qeyd edək ki, Əli Şamxani bir neçə gün əvvəl “Əl-Mayadin”ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab vermişdi:

“Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik”.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
globalinfo.az

1Mənbələr