AZ

İranda qadınlarla bağlı qərar: Rəsmi şəkildə icazə verildi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranda qadınlara motosiklet idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi almağa icazə verilib.

Axar.az xəbər verir ki, bu barədə İLNA hökumətin qərarına istinadən məlumat yayıb.

Sənəd yanvar ayında keçirilən kabinet iclasında təsdiq edilib və Birinci vitse-prezident Məhəmməd Rza Aref tərəfindən imzalanıb. Qərara əsasən, İslam Respublikasının Baş Komandanlığı qadınlar üçün motosiklet sürmək üzrə “praktik təlim” təşkil etmək, yol polisinin birbaşa nəzarəti altında imtahanlar keçirmək və sürücülük vəsiqələrinin verilməsindən məsuldur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
7
axar.az

8Mənbələr