"ABŞ Rusiyaya qarşı sanksiyalar paketi hazırlayıb və onun həyata keçirilməsi Ukrayna ilə bağlı danışıqların gedişatından asılıdır"
Publika.az "Reuters"xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
"Biz indiyə qədər böyük bir iqtisadiyyata qarşı tətbiq edilən ən böyük sanksiyalar paketini hazırlamışıq və onun tətbiqi birbaşa danışıqlar masasında irəliləyişlə bağlıdır", - nazir vurğulayıb.
Bessentin sözlərinə görə, Vaşinqton sözdə "kölgə donanması"na qarşı mümkün əlavə məhdudiyyətlər vasitəsilə Moskvaya təzyiq göstərməyə davam edə bilər.