AZ

Tramp Rusiya ilə strateji silahlar sahəsində yeni müqaviləni dəstəkləyib

Amerikanın Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin müəyyən müddəalarını qüvvədə saxlamaq əvəzinə, bu sahədə yeni saziş hazırlamalıdırlar.

"Far.Az" xəbər verir ki, bununla bağlı ABŞ lideri "Truth Social"da paylaşım edib.

"Biz öz ekspertlərimizə gələcəkdə uzun müddət qüvvədə qala biləcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməyi tapşırmalıyıq, START-ı uzatmamalıyıq. Köhnə müqavilə Birləşmiş Ştatlar tərəfindən pis bağlanıb və ciddi pozuntulara məruz qalır", - paylaşımda deyilir.

Seçilən
92
1
far.az

2Mənbələr