AZ

ABŞ vətəndaşlarına yenidən xəbərdarlıq etdi - İranı dərhal tərk edin

ABŞ bir daha İrandakı vətəndaşlarını davam edən təhlükəsizlik risklərini əsas gətirərək "ölkəni dərhal tərk etməyə" çağırıb.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin Tehrandakı Virtual Səfirliyi tərəfindən təhlükəsizlik xəbərdarlığı verilib.

ABŞ vətəndaşlarından Vaşinqton administrasiyasının köməyinə ehtiyac olmadan İranı tərk etmək üçün planlar qurmaları istənilib. Onlara İranı tərk edə bilmədikləri təqdirdə, yaşayış yerlərində sığınacaq yeri və ya təhlükəsiz bina təyin etmələri vurğulanıb və kifayət qədər qida, su, dərman və əsas ehtiyaclar üçün ehtiyat toplamaları tövsiyə edilib.

Bəyanatda İranda təhlükəsizlik tədbirlərinin artırıldığı, yolların bağlandığı, ictimai nəqliyyatın hərəkətinin dayandırıldığı və internetə çıxışın hələ də bağlı olduğu bildirilir. Qeyd olunur ki, İran hökuməti mobil, stasionar və milli internet şəbəkələrinə çıxışı məhdudlaşdırmağa davam edir və aviaşirkətlər də İrana və İrandan uçuşları məhdudlaşdırıb və ya ləğv edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
72
1
missiya.az

2Mənbələr