AZ

Məşhur bloqer 10 sutkalıq HƏBS EDİLDİ – FOTO

Məşhur bloqer “AUE” simvolunu təbliğ etdiyi üçün həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Moskva məhkəməsi Primoryedən olan 23 yaşlı bloqer və müğənni Olesya Rojkovanı ekstremist atributların təbliği işi üzrə təqsirli bilib.

Gənc qadın sosial şəbəkə hesabında güllərdən yığılmış “AUE” (Arestantskoye uqolovnoye yedinstvo – Dustaq cinayətkar birliyi) yazısı olan buketin fotosunu paylaşıb. Həmçinin kadrda eyni hərf birləşməsindən ibarət avtomobil nömrəsi də əks olunub.

Sosial şəbəkə istifadəçiləri bloqerə bu cür paylaşımların qanuni fəsadları barədə xəbərdarlıq etsələr də, Rojkova bu ismarışlara məhəl qoymayıb.

Nəticədə məhkəmə onun barəsində 10 sutkalıq inzibati həbs qərarı çıxarıb.

Qeyd edək ki, “AUE” hərəkatı Rusiyada ekstremist təşkilat kimi tanınaraq fəaliyyəti qadağan edilib.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
80
interpress.az

1Mənbələr