Bakı. Trend:
Azərbaycandan qazın əlavə ixrac tədarükü Avropa İttifaqınınenerji mənbələrinin şaxələndirilməsi üzrə məqsədlərinə çatmasındamühüm əhəmiyyət daşıyır.
Bu barədə Trend-əAvropa Komissiyasının nümayəndəsi məlumat verib.
“Energetika Aİ ilə Azərbaycan arasında əməkdaşlığın əsassütunudur. Bu əməkdaşlıq 2022-ci ilin iyulunda AvropaKomissiyasının Prezidenti Ursula fon der Lyayen və AzərbaycanPrezidenti İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunaəsaslanır. Aİ Azərbaycanı etibarlı tərəfdaş və enerji təchizatçısıkimi yüksək qiymətləndirir. Azərbaycandan əlavə qaz tədarükü Aİ-ninşaxələndirmə hədəflərinə nail olunmasında mühüm rol oynayır.2016-cı ildə biz “Şərq Tərəfdaşlığı” proqramına daxil olanölkələrə, o cümlədən Azərbaycana enerji siyasəti sahəsindəməqsədlərinə çatmaq və enerji səmərəliliyini artırmaqda dəstəkverən "EU4Energy" adlı yeni regional proqramı işə saldıq. Proqramınyeni mərhələsi 1 yanvar 2026-cı il tarixində başlayıb”, – deyəAvropa Komissiyasının nümayəndəsi vurğulayıb.
O, həmçinin qeyd edib ki, "Global Gateway" təşəbbüsü və Aİ-ninRegionlararası Bağlantılılıq Gündəliyi çərçivəsində Avropa İttifaqıyalnız nəqliyyat sahəsində deyil, həm də enerji və rəqəmsalsektorlar üzrə investisiyaların təşviqinə və əlaqəliliyingücləndirilməsinə çalışır. Məqsəd sərhədlərarası ticarətinstimullaşdırılmasıdır.
“İnnovativ maliyyə alətlərindən ikitərəfli və regional dəstəkproqramları ilə yanaşı istifadə edilməsi Aİ ilə Azərbaycan arasındaiqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə, ölkəiqtisadiyyatının şaxələndirilməsinə, regional bağlantılılığınmöhkəmləndirilməsinə, "yaşıl" və rəqəmsal keçidin irəlilədilməsinə,yeni bacarıqların və iş yerlərinin yaradılmasına, həmçinin inklüzivvə dayanıqlı inkişafa töhfə verəcək”, – deyə Avropa Komissiyasınınnümayəndəsi bildirib.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizinin sonhissəsi olan Transadriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə ixracedir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrtəşkil edir, lakin bu göstərici 20 milyard kubmetrə qədər artırılabilər. 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa Komissiyası2027-ci ilə qədər Avropaya qaz tədarükünün iki dəfə artırılmasıbarədə razılıq əldə ediblər.
2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasiledilib. Bunun 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”yataqlarının, 27,9 milyard kubmetri “Şahdəniz” yatağının, 1,6milyard kubmetri “Abşeron” yatağının payına düşüb, 7,9 milyardkubmetr qaz isə SOCAR tərəfindən hasil olunub.
Hesabat dövründə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib.Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetriTürkiyəyə (o cümlədən 5,6 milyard kubmetri TANAP vasitəsilə), 2,3milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyayagöndərilib.
2026-cı ilin yanvarından TAP qaz kəməri üzrə yeni Qaz NəqliyyatıSazişi (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücüəlçatan olub. Eyni dövrdə SOCAR TAP vasitəsilə Avstriya vəAlmaniyadakı alıcılara Azərbaycan qazının tədarükünə başlayıb. Bu,Avropada Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirib vəAzərbaycandan qaz alan Avropa ölkələrinin sayını 16-yaçatdırıb.