AZ

Böyük bağ evləri və villalarda elə gizli və çirkin işlər baş verir ki... - Sabiq müstəntiq

"Dünyada varlılar tərəfindən törədilən cinayətlər daha dəhşətlidir, xüsusilə seksual cinayətlər. Böyük bağ evləri və villalarda elə gizli və çirkin işlər baş verir ki...amma təssüf ki, əksəriyyəti heç bilinmir". 

Ölkə.Az xəbər verir ki, bu sözləri Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov “Epşteyn işi” ilə bağlı müzakirələrdən danışarkən deyib. O, zərərçəkənlərin qorxudan səslərini çıxara bilmədiklərini söyləyib:

“Bir dostum danışırdı ki, tanıdığı qızlardan birini Dubayda ərəb şeyxləri qorilla meymunu ilə eyni qəfəsə salıblar. Qəfəsdə varlı qaniçənlərin gözləri qarşısında meymun qızı dəfələrlə zorlayıb. Qız qəfəsdən çıxandan sonra dəlixanaya yerləşdirilib. Epşteyn adasında da oxşar şeylər olub. İndi görün ki, dünyanı kimlər idarə edir. 

Nəzərə alanda ki, bizim də gizli Epşdeynlərimiz və meymunları olan varlı manyaklarımız var, adam hər şeyə tüpürüb gedib ucqar bir kənddə çobanlıq etmək istəyir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Cefri Epşteyn amerikalı maliyyəçi idi. O, uzun illər ərzində yetkinlik yaşına çatmamış qızlara qarşı cinsi istismar və insan alveri ittihamları ilə gündəmə gəlib. Məsələ böyük rezonans doğurub, çünki onun çoxlu məşhur, varlı və siyasətçi tanışları var idi və bu əlaqələr işin daha da böyüməsinə səbəb olub.

Billurə
 

Seçilən
61
olke.az

1Mənbələr