AZ

Əbu Dabi danışıqlarında müsbət heç nə yoxdur

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əbu-Dabi danışıqlarının nəticələri ilə bağlı hələlik dəqiq bir şey açıqlanmayıb, lakin hər şeyin müsbət getdiyini bildiriblər. Ümumiyyətlə, bu danışıqlar qəribə təəssürat yaradır: müsbət atmosfer haqqında çox danışılır, amma bu, nədənsə süni görünür.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Hətta 157 əsirin qarşılıqlı olaraq dəyişdirilməsinin də bu danışıqların nəticəsi olduğu açıqlanıb. Bəs bu, həqiqətən də doğru ola bilərmi? Əsirlərin mübadiləsi həftələrlə davam edən bir prosesdir. Bu, siyahıların diqqətlə tərtib edilməsi və onların təsdiqlənməsidir. Və bu mübadilələr Əbu-Dabidəki danışıqlarla heç bir əlaqəsi olmayan xüsusi qruplar tərəfindən idarə olunur. Ümumiyyətlə, Əbu-Dabidəki danışıqlar süni şəkildə pozitiv adlandırılır. Problem ondadır ki, orada heç bir müsbət cəhət görünmür. Bəlkə var? Bəlkə də. Amma görünmür”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
axar.az

1Mənbələr