AZ

Sumqayıt Tibb Mərkəzində əhaliyə göstərilən xidmətlərin sayı artıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, AZƏRTAC

Sumqayıt Tibb Mərkəzində (STM) ötən il şəhər əhalisinə göstərilən tibbi xidmətlərin və qeydə alınan müraciətlərin statistikası açıqlanıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ildə STM-in tabeliyində olan tibb müəssisələrində əhaliyə ümumilikdə 5 milyon 772 min 444 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü ildə 5 milyon 358 min 68 təşkil edib. Beləliklə, göstərilən tibbi xidmətlərin sayı bir il ərzində 414 min 376, yəni təxminən 7,7 faiz artıb.

Müraciət saylarında da artım müşahidə olunub. Belə ki, 2025-ci il ərzində tibb müəssisələrinə 1 milyon 530 min 81 müraciət qeydə alınıb. Bunun 1 milyon 489 min 505-i ambulator, 40 min 576-sı isə stasionar müraciətlər olub.

2024-cü ildə isə tibb müəssisələrinə 1 milyon 488 min 991 müraciət qeydə alınıb. Beləliklə, 2025-ci ildə müraciətlərin sayı əvvəlki illə müqayisədə 41 min 90 vahid, yəni təxminən 2,8 faiz artıb.

Qeyd edilib ki, tibb müəssisələrinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
1
azertag.az

2Mənbələr