AZ

Maaşımızdan tutulan pullar hara və necə gedir?

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gündəmə gəlib. Qeyri-neft-qaz sektorunda tətbiq edilən müddətli gəlir vergisi güzəştlərinin başa çatması maaşlardan tutulan məbləğlərə diqqəti artırıb.

Bu fonda həm dövlət, həm də özəl sektorda çalışanların maaşından hansı tutulmaların aparıldığı və işçinin əlində faktiki olaraq nə qədər vəsaitin qaldığı cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib.

Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda muzdla çalışan işçilərin əməkhaqqından bir neçə növ tutulma aparılır. Bunlara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın xatırladıb ki, yuxarıda sadalanan gəlir vergisi dövlət büdcəsinə ödənilir, sosial sığorta haqları işçinin pensiya kapitalının formalaşmasına və sosial təminat hüquqlarının yaranmasına xidmət edir. Digər tutulmalar isə işsizlik və səhiyyə sahəsində dövlət təminatının maliyyələşdirilməsi məqsədi daşıyır.

Ekspert məsələnin daha aydın anlaşılması üçün dövlət sektorunda çalışan bir işçinin maaşı üzərindən hesablamaya diqqət çəkib:

Seçilən
8
2
publika.az

8Mənbələr