AZ

“Neftçi” - “Qarabağ” matçı təxirə salınır? - PFL-dən İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçının təxirə salına biləcəyi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqasından (PFL) İdman.Biz-ə bildirilib ki, hazırda bununla bağlı dəqiq qərar yoxdur.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la səfər matçına daha yaxşı hazırlaşmaq üçün “Neftçi” ilə oyunun təxirə salınmasını istəyib və bu məqsədlə PFL-ə müraciət edib. PFL də öz növbəsində razılıq almaq üçün “Neftçi”yə müraciət etsə də, Bakı klubu Ağdam təmsilçisinin təklifini qəbul etməyib. Sözügedən məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz
Seçilən
37
idman.biz

1Mənbələr