AZ

“Soyuz-2.1b” orbitə hərbi peyklər buraxıb

Fevralın 5-də Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan Soyuz-2.1b orta sinifli raket daşıyıcı vasitəsilə kosmik aparatlar orbitə çıxarılıb. Aparatlar Rusiya Müdafiə Nazirliyi üçün nəzərdə tutulub.

Herbiand.az bu barədə Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, buraxılış Moskva vaxtı ilə saat 21:59-da baş tutub. Kosmik gəmilər hesablanmış vaxtda hədəf orbitinə yerləşdirilib və Aerokosmik Qüvvələrin yerüstü vasitələri tərəfindən idarə olunmaq üçün qəbul edilib.

Müdafiə Nazirliyi qənaətə gəlib ki, kosmik gəmi ilə etibarlı telemetrik rabitə qurulub və onların bort sistemləri ştat rejimində işləyir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
63
herbiand.az

1Mənbələr