AZ

Xarici ticarətdə dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycana məhsul idxalının həcmi 24,380 milyardABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, idxalda dövlət sektoru 8,283 milyard dollar, özəlsektor 13,912 milyard dollar, fiziki şəxslər isə 2,185 milyarddollar paya malik olub. 2024-cü ildəki ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 31,2%, 9% və 10,2% artıb.

Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 33,98%,özəl sektorun 57,06%, fiziki şəxslərin isə idxalda payı 8,96%-əbərabər olub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan məhsul ixracının dəyəri25,043 milyard ABŞ dolları olub.

Məlumata görə, ixracda dövlət sektoru 11,449 milyard dollar,özəl sektor 13,445 milyard dollar, fiziki şəxslər isə 148,5 milyondollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 9,8%, 1,8% və 10,7% azalıb.

Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 45,72%,özəl sektorun 53,69%, fiziki şəxslərin isə idxalda payı 0,59%-əbərabər olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.

Seçilən
16
az.trend.az

1Mənbələr