AZ

Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda hakimiyyət və kilsə arasında qarşıdurma maraqlı mərhələyə keçib. Keçmiş keşişlər Ata Aram (indiki Stepan Asatryan) və Ata Tade (indiki Aramayis Tahmazyan) Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıblar.

Reyting.az erməni mediasına istinadla bildirir ki, Erməni Apostol Kilsəsinə qarşı qaldırılan və Bütün Ermənilərin Katolikosunun patriarxal hakimiyyətinə etiraz edən iki iddia Armavir Məhkəməsi tərəfindən baxılmaq üçün qəbul edilib.

Xüsusilə, Talin şəhərinin keçmiş ruhani keşişi Aramayis Tahmazyan, Bütün Ermənilərin Patriarxı II Qareginin 2 dekabr 2025-ci ildə verdiyi və vəzifəsindən uzaqlaşdırıldığı barədə fərmanın etibarsız elan edilməsi tələbi ilə iddia qaldırıb. İddiada həmçinin onun vəzifəsinə bərpa olunması da tələb olunur.

Eyni məhkəmə, Müqəddəs Ovannavank Kilsəsinin keçmiş ruhani keşişi Stepan Asatryanın 21 oktyabr 2025-ci ildə II Qareginin vəzifəsindən uzaqlaşdırılması barədə verdiyi fərmanın etibarsız elan edilməsini istədiyi başqa bir iddianı qəbul edib. İddiada onun işə bərpası da tələb olunur.

Hər iki işdə cavabdeh “Erməni Apostol Kilsəsi” dini təşkilatıdır.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
reyting.az

1Mənbələr