AZ

Bu günədək müntəzəm avtobus reysləri ilə işğaldan azad olunmuş ərazilərə səfər edənlərin sayı açıqlandı

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları iləilk səfərdən 4 il ötür. Bu günədək ümumilikdə 15 464reys həyata keçirilib, 186 000 sərnişinişğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, təkcə bu ilin yanvar ayı ərzində işğaldan azadolunmuş ərazilərə 1173 reyslə 10 690 nəfər səfəredib.

Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada https://biletim.az/portalı üzərindən əldə edilir. “Biletim.az” portalı və ya mobiltətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldəedərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatikqaydada təqdim olunur.

Müntəzəm avtobus reysləri ilə yanaşı, vətəndaşların fərdinəqliyyat vasitələri ilə səfərləri də həyata keçirilir. Fərdi minikavtomobillərilə vətəndaşlar www.yolumuzqarabaga.azportalında qeydiyyatdan keçərək səfər edə bilirlər.

Bu günədək işğaldan azad olunmuş ərazilərə fərdi minikavtomobilləri ilə səfər etmək üçün 3 286 646nəfərə portal üzərindən icazə verilib. Onlardan3692 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Təkcə bu ilin yanvar ayı ərzində 47 840Azərbaycan vətəndaşına işğaldan azad olunmuş ərazilərə səfər etməküçün icazə verilib.

Məqalədə:
Seçilən
61
16
az.trend.az

10Mənbələr