AZ

Universitetlərdə yeni fənn tədris oluna bilər AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Baş prokuror Kamran Əliyevin ali təhsil müəssisələrində kriminalistika fənninin seçmə fənn olması haqqında açıqlaması özlüyündə bir çox suallar meydana gətirib. Bu fənn gələcəkdə prokurorluqda işə başlayan şəxslər üşün vacib hesab edilir. Fənn seçmə olduğu üçün tələbələrin çoxu imtina edir və bu yanaşma gələcəkdə peşəkar işə ciddi təsir göstərir. Kriminalistika bacarığının zəif olması araşdırma prosesini ləngidir. Problemlə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, mövzu çox yerində qaldırılıb:"Hüquq fakültələrində oxuyan və gələcəkdə prokurorluq, istintaq, əməliyyat-axtarış sahəsində işləməsi ehtimal olunan tələbələr üçün kriminalistikanın seçmə fənn olması kifayət qədər risklidir. Çünki kriminalistika sadəcə nəzəri fənn deyil, həm də peşə alətidir. Kriminalistik taktika və texnika olmadan istintaqçı faktı necə toplamalı, sübutu necə möhkəmləndirməli, izləri necə qoruyub dəyərləndirməli olduğunu sistemli şəkildə öyrənə bilmir.".O deyib ki, səhv ediləndə nəticəsi geri dönülməz ola bilər:"Bu baxımdan xüsusilə hüquq fakültələrində kriminalistika əsas ixtisas fənni kimi məcburi tədris olunmalıdır. Heç olmasa, ümumi kriminalistika, kriminalistik taktikanın əsasları, sübutlarla işləmə metodikası minimum baza kimi hər kəsə verilməlidir. Kriminalistik taktika barədə savadsızlıq cinayət işlərinin açılmasına birbaşa və ciddi şəkildə təsir edir. Bunların çoxu qanun bilməməkdən yox, məhz kriminalistik düşüncə formalaşmadığından baş verir".Vəkilin sözlərinə görə, kriminalistik savadsızlıq hadisə yerinə düzgün baxış keçirilməməsi, sübutların itirilməsi və ya hüquqi qüvvəsinin zəifləməsi, dindirilmə istintaq hərəkəti zamanı taktiki səhvlər, cinayətin düzgün kvalifikasiyasının, tövsifinin verilməməsi, işin uzanması və ya ümumiyyətlə cinayət işinin dağılmasına səbəb ola bilər."Təkcə fənni məcburi etmək yetərli deyil. Əgər, dərs sırf nəzəri keçilirsə, real iş materialları, situasiya analizləri yoxdursa, müəllim praktiki metodologiyadan istifadə etmirsə onda fənn məcburi olsa belə, effekt zəif olacaq. Yəni problem həm də bu fənnin necə tədris olunmasındadır.Nəticə olaraq, kriminalistika xüsusilə istintaq və prokurorluq istiqamətində karyera planlayanlar üçün alternativsizdir. Bu sahədə savadsızlıq real olaraq cinayətlərin açılmasına, sübutların toplanmasına və ədalətin bərqərar olmasına mane olur".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr