AZ

Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarovla Rauf Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaqlar

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahmat üzrə Azərbaycan millisinin liderləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ölkə çempionatında mübarizəyə 1/8 finaldan başlayacaqlar.

"Cebheinfo.az" xəbər verir ki, hər iki qrossmeyster 1/16 final mərhələsindən azaddır.

Ş.Məmmədyarov 1/8 finalda Murad İbrahimli - Vüqar Manafov cütünün qalibi ilə, R.Məmmədov isə Azər Mirzəyev - Şiroğlan Talıbov duelinin güclüsü ilə görüşəcək.

Həm qadınların, həm də kişilərin mübarizəsində ilk partiyalar fevralın 8-də baş tutacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
cebheinfo.az

5Mənbələr