AZ

Razi Nurullayev İmişlidə gördüklərindən yazdı: “Hamı problem içində, dərd içində…” FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İmişlidə oldum, kəndləri gəzdim, evləri ziyarət etdim, yas məclislərinə getdim və seçicilərlə görüşdüm. Hamı problem içində, dərd içində və problemləri də həll olunmadan aydan-aya, ildən-ilə keçir. Çünki heç kim onların problemlərini həll etmək üçün çalışmır. Hərdən özüm də ruhdan düşürəm ki, axı niyə belə olur? 

Niyə bu ölkədə hər kəs üzərinə qoyulan vəzifəni doğru-dürüst yerinə yetirmir? Niyə bizim ölkəmizdə kimsə vəzifə borcunu yerinə yetirmək üçün gözünü vətəndaşın cibinə tikir? Niyə rüşvət azalmır, niyə problemlər azalmır, niyə şikayət məktublarının sayı günü-gündən çoxalır və ölkəmizdə ciddi məktub dövriyyəsi yaranıb?”

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

Deputatın fikrincə,  konkret olaraq vəzifəli şəxslər qarşısında nə qədər şikayətin həllini tapdığına dair hesabat verilməsi şərti qoyulmalıdır: 

“Biz ölkəmizi, dövlətçiliyimizi qorumalıyıq. Kim sabotaj edirsə, boş yerdən narazılıq yaradırsa, onları vəzifələrdən uzaqlaşdırmaq lazımdır. Vəzifəli şəxslərin vəzifəyə gəldiyi gündən sonra qohum-əqrəbasına, dostuna, tanışına vəzifə paylamaq qadağan olunmalı və buna görə məsuliyyət ortaya qoyulmalıdır. Vəzifə borcunu yerinə yetirmək üçün vətəndaşdan rüşvət qoparmaq üçün onları dağa-daşa salıb incidən məmur vəzifədən uzaqlaşdırılmalı və haqqında cinayət icraatı başlanmalıdır. 

Gəlin gözümüzü-qulağımızı açıq saxlayaq və gördüyümüz, bildiyimiz qanunsuzluq və haqsızlıqları paylaşaq. Güclü dövlətimiz var, ölkəmizin xoşbəxt gələcəyini düşünən və bunun üçün çalışan beyinlər var. Ölkəni bütövləşdirən, şəffaflıq üçün siyasi iİradə ortaya qoyan və xalqdan doğruları eşitmək istəyən Prezident var. 

Bu ölkəni natəmizlərdən təmizləmək, dövləti və milli birliyi qorumaq üçün güclü dövlətimiz var. Gəlin dövlətə qarşı olanları, saman altdan su yeridənləri, dövlətin siyasətinə qarşı çıxanları kim olursa-olsun, hansı vəzifə sahibi olursa-olsun, hansı cəbhədə olursa-olsun ifşa edək. Dövlət naminə, xalq naminə, daha xoşbəxt gələcək naminə...”

“Cebheinfo.az”

Açar sözlər:

İmişli problem Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr