AZ

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 39 nəfər həbs olunub

Tbilisi, 6 fevral, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ölkə daxilində silahlı qruplaşmalara və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. Paytaxt Tbilisidə və bölgələrdə keçirilən əməliyyatlar nəticəsidə 31 qanunsuz odlu silah müsadirə edilib, 39 nəfər həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bun gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərin evlərində, köməkçi anbarlarında və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı polis çoxlu sayda silah, əl qumbaraları və yüzlərlə patronu sübut kimi müsadirə edib. Həmçinin külli miqdarda müxtəlif növ narkotik maddələr də müsadirə olunub. "Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları profilaktik tədbirlər həyata keçirməklə cinayətkarlığa qarşı mübarizə aparmaqda davam edir. Məqsədimiz ictimaiyyət üçün təhlükəsiz mühit təmin etməkdir və bu istiqamətdə profilaktik tədbirlər gələcəkdə də fəal şəkildə aparılacaq", - deyə o bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
14
4
azertag.az

5Mənbələr