AZ

Bəhlulun transferi baş tutmadı KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan millisinin və “Qarabağ”ın oyunçusu Bəhlul Mustafazadənin Çinin “Şençjen Penq Siti” klubuna keçidi baş tutmayıb.

KONKRET.az xəbər verir ki, buna səbəb Asiya təmsilçisinin müdafiəçinin dərhal komandaya qoşulmasını istəməsi olub.

Belə ki, “Şençjen Penq Siti” rəhbərliyi 2+1 illik müqavilə razılaşdırdığı B.Mustafazadədən Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirəcəkləri matçdan əvvəl Çinə gəlməsini istəyib.

Lakin futbolçu “Qarabağ”la İngiltərə klubuna qarşı ÇL matçlarında meydanda olmaq istədiyini deyib. Nəticədə tərəflər danışıqları dayandırıb.

(qafqazinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
konkret.az

4Mənbələr