AZ

Hansısa məsələdə fikir ayrılığı yaşayan ölkələrdən biri və ya hər ikisi nüvə silahına sahib olanda ortaq məxrəc ə gəlirlər

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nüvə silahı kütləvi məhvetmə vasitəsidir. Bu silahlar partlayış, istilik dalğası və güclü radioaktiv şüalanma ilə həm insanlara, həm də ətraf mühitə uzunmüddətli və ağır zərər vurur. İlk nüvə silahı 1945-ci ildə ABŞ tərəfindən Xirosima və Naqasakiyə atılıb və bu hadisə beynəlxalq təhlükəsizlik anlayışını köklü şəkildə dəyişib. Hazırda dünyada nüvə silahına malik ölkələrin sayı məhduddur və bu silahlar əsasən çəkindirmə vasitəsi kimi təqdim olunur.

Qeyd edək ki, nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) kimi beynəlxalq razılaşmalar mövcud olsa da, nüvə silahı mövzusu bu gün də qlobal siyasətdə gərginlik və təhlükəsizlik riskləri yaradan əsas amillərdən biri olaraq qalır.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nüvə silahları soyuq müharibədə böyük rol oynayır: “Bilirik ki, nüvə silahlarını inkişaf dövrü məhz soyuq müharibə dövrünə təsadüf edir. Nüvə silahı artıq silahlanmaya daxil olandan sonra bir silah kimi deyil, daha çox çəkindirici vasitə kimi rol oynayır. Biz bunu son Rusiya-Ukrayna müharibəsində də görürük. Rusiyaya qarşı koalisiyanın yaradılması və o koalisiyanın Rusiyaya qarşı ehtiyatla davrandığını görürük. Rusiya dövlət başçısı Vladimir Putin dəfələrlə nüvə silahının tətbiqi ilə bağlı öz fikrini bilib. Deyib ki, "Rusiya dövləti hiss etsə ki, ona qarşı hansısa təhlükə var, Rusiya bütün arsenalında olan silahlardan, o cümlədən nüvə silahından da istifadəni düşünür". Bununla bağlı strateji baxışlar, hədəflər müəyyən bir şəkildə dəyişdirilib”.

Şair Ramaldanov

Hərbi ekspert qeyd edib ki, dünyada bu gün çox gərgin və çox təhlükəli bir vəziyyət yaranıb, sanki dünya nüvə silahın tətbiqinin bir addımlığındadır, amma həmin o bir addımı heç kim atmaq istəmir: “Hazırda doqquz dövlətdə nüvə silahının olması qeyd olunur. Məsələn; Rusiyanın arsenalında olan nüvə silahının sayı dünyanın axırını gətirə biləcək gücdədir. Belə olduğu halda, qarşı tərəf də çəkinir. Çox vaxtı Rusiya, ABŞ vaxtından, yəni Kuba ilə bağlı dəfələrlə müəyyən bir şəkildə üz-üzə gəliblər. Amma hər iki tərəfdə nüvə silahı olduğu üçün məsələləri masa arxasında müəyyən bir razılığa gələrək həll edə biliblər. Onları razılığa gətirən də məhz nüvə silahının olmasıdır. O cümlədən, Çin-ABŞ münasibətində də vəziyyət bu formadadır. Məsələn; Şimali Koreyanı götürək. Bu saat, onun ətrafında çoxlu təzyiqlər olsa da, Şimali Koreyaya hansısa konkret addımlar atmağa çəkinirlər”.

“Bəlkə də Ukraynada nüvə silahı olsaydı, Rusiya Ukraynaya qarşı bu müharibəni başlamazdı və hazırda Ukraynanın 30 faizə yaxın torpaqları işğal olunmazdı. Ancaq Ukraynada nüvə silahın olmaması Rusiyaya imkan yaratdı ki, orada məqsədlərinə nail olsun. Bu gün Ukraynanın torpaqlarını işğal edərək bu torpaqları nasizmdən azad edilən torpaqlar kimi qələmə verirlər”-deyə hərbi ekspert qeyd edib.

“Nüvə silahı çəkindirici vasitədir və ona görə heç kim buna risk etmir. İstər regional şəkildə, istər geosiyasi arenada nüvə silahı potensialı olan nüvə silahı olan dövlətlər həmişə müəyyən bir şəkildə sığortalanmış olurlar”-deyən Şair Ramaldanov bildirib ki, hər kəs başa düşür ki, nüvə silahının istifadəsi demək olar ki, dünyanın axırına gedən aparan bir yoldur.

Şair Ramaldanovun fikrincə, hazırda ABŞ-nin Venesuela, Kuba, Qrenlandiya qarşı təzyiq mexanizminin səbəbi də bu ölkələrdə nüvə silahının olmaması ilə əlaqədardır və bu  "çatışmazlıq" ölkələri risk altında qoyur.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
bizimyol.info

1Mənbələr