AZ

Eurofighter Typhoon qırıcı təyyarəsi böyük modernləşdirmədən keçəcək

Eurofighter Typhoon qırıcı təyyarəsini böyük modernləşdirmə gözləyir. Eurofighter konsorsiumu və NETMA agentliyi bu məqsədlə müqavilə imzalayıblar.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, müqavilənin məqsədi aerodinamik modernləşdirmə paketinin hazırlanması və sınaqdan keçirilməsidir.

Layihə Airbus, BAE Systems və Leonardo şirkətlərinin iştirakı ilə həyata keçiriləcək. Bu əməkdaşlıq təyyarənin döyüş effektivliyini artırmağa yönəlib.

Aerodinamikanın təkmilləşdirilməsi hədəf aşkarlama və əldə etmə sistemlərinə də müsbət təsir göstərəcək. Müxtəlif uçuş rejimlərində daha sabit uçuş sayəsində pilotlar düşmən hədəflərini daha asanlıqla bağlaya biləcəklər. Bundan əlavə, təyyarənin modernləşdirilməsi yeni silah növlərinin daha sürətli inteqrasiyasına imkan verəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr