AZ

"Napoli" rəhbərliyi Maktominey ilə bağlı qərarını verdi

İtaliyanın "Napoli" klubunun rəhbərliyi komandanın yarımmüdafiəçisi Skott Maktominey ilə bağlı qərarını verib.

Fanat.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Neapol təmsilçisi 29 yaşlı futbolçu ilə müqavilə yeniləyəcək.

İndi anlaşmasının 2028-ci ilin yayına qədər nəzərdə tutulan Maktomineyin sözləşməsinin müddətinin daha 2 illik uzadılacağı və maaşının artırılacağı bildirilib. Mənbə hazırda hər mövsüm üçün 3 milyon avro maaş və müxtəlif bonuslar alan şotlandın İtaliya təmsilçisində qalmaq istədiyini də diqqətə çatdırıb. 

Cari mövsüm A Seriyasında 22 matça çıxan Skott 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
56
1
fanat.az

2Mənbələr