AZ

Pakistanda məsciddə partlayış baş verib - Çoxlu sayda yaralanan var

Pakistanın paytaxtı İslamabadda məsciddə partlayış olub.

Missiya.Az "Hürriyyet"ə istinadən xəbər verir ki, hadisə cümə namazı zamanı baş verib.

Partlayışdan sonra məscidə xilasetmə və təcili yardım qrupları göndərilib. Ərazidə təhlükəsizlik tədbirləri artırılıb.Çinin Xinhua xəbər agentliyi bombardman nəticəsində ən azı doqquz nəfərin yaralandığını iddia edir.

Terror aktının olub-olmadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr