AZ

“Azərbaycan İrəvanda Avropa Siyasi Birliyinin sammitində yalnız baş nazir səviyyəsində təmsil oluna bilər” ŞƏRH

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.

Məlumata görə, Ermənistan Azərbaycan və Türkiyəyə rəsmi dəvət göndərəcək.

Gununsesi.info -ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə Azərbaycan Ermənistanda Avropa Siyasi Birliyinin sammitində iştirak edə bilər.

O, qeyd edib ki, Azərbaycan Prezidentinin Ermənistanda Avropa Siyasi Birliyinin sammitində iştirakı mümkün deyil.

“Ermənistanla yekun sülh müqaviləsi bağlanmayıb. Həmçinin ikitərəfli diplomatik əlaqələr yoxdur. Təbii ki, liderlərin görüşləri keçirilir və bir çox məsələlərdə razılıq əldə edilib.

Bu, o demək deyil ki, Prezident İlham Əliyev Yerevanda sammitdə iştirak edə bilər. Amma Türkiyə Prezidenti R. T. Ərdoğanın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana gedəcəyi mümkündür. Çünki Ermənistanın Baş naziri N. Paşinyan Türkiyəyə səfər edib, ikitərəfli danışıqlar aparıb.

Azərbaycanın Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində baş nazir səviyyəsində təmsil olunması mümkün ola bilər”,-deyə siyasi şərhçi əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
icma.az

1Mənbələr