AZ

Moskvada generalın atəşə tutulması ilə bağlı SENSASİON DETALLAR

Moskvada, Volokolamsk şossesində yerləşən binanın mənzilində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açılıb. General xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, hələ müəyyən edilməmiş şəxs generala bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

General Vladimir Alekseyev Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (əvvəlki GRU) başçısının birinci müavini vəzifəsində çalışır.

Hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
87
konkret.az

1Mənbələr