AZ

Bakıda Hokumət evi nin qarşısında başqa ölkənin bayraqlarını asan kimdir? AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Son günlər “TikTok” platformasında Azərbaycan dilində fəaliyyət göstərən bir səhifədə guya Bakının müxtəlif ərazilərində o cümlədən Hökumət Evinin qarşısında, “Torqovı” və digər mərkəzi yerlərdə digər ölkənin bayraqlarının asıldığına dair paylaşımlar yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaratsa da, fotoların süni intellekt vasitəsilə hazırlandığını göstərir. Bu cür paylaşımların məqsədli dezinformasiya xarakteri daşıyır və ictimai rəyi manipulyasiya etməyə yönəlir. Sosial şəbəkələrdə bu tip məzmunların yayılması isə ciddi narahatlıq doğurur.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlama verib. O deyib ki, süni intellekt vasitəsilə virtual aləmdə hər şeyi yaratmaq mümkündür:“Bu aləmdə müxtəlif modellər, görüntülər və ssenarilər qurulur. Amma real həyat bu modellərlə ölçülmür. Real həyat real intellektin, yəni insan ağlının və məsuliyyətinin yaratdıqları ilə tanınır. Kiminsə öz xəstə təxəyyülünü sosial şəbəkələrdə yayması, əslində, onun psixoloji vəziyyəti haqqında məlumat verir. Bu cür paylaşımlar reallığı əks etdirmir və cəmiyyət üçün fayda daşımır. Virtual məkanda yaradılan hər fikir həqiqət anlamına gəlmir”.O qeyd edib ki, Azərbaycan süni intellektlə deyil, real intellektlə idarə olunur:“Burada qərarlar real insanlar tərəfindən, real ehtiyaclar nəzərə alınaraq verilir. Bu gün real Azərbaycan mövcuddur. Bu Azərbaycan müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasına xidmət edir. Vətəndaşların təhlükəsizliyinin təmin olunmasına və insanların daha yaxşı yaşamasına yönəlib”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr