AZ

Bakı Aeroportundan oturacaqları biznes köşklərinin əvəz etməsi faktına REAKSİYA

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, redaksiyamıza AZAL-la bağlı daha bir narazılıq doğuran faktı təqdim edib.

Müraciət edən vətəndaş bildirib ki, Heydər Əliyev adına aeroportda sərnişinlərin oturması üçün qoyulan oturacaqlar demək olar ki, yığışdırılıb.

Həmin oturacaqların yerində isə aeroport daxilində “renta car” şirkətlərinin, mobil telefon operatorlarının, turizm agentliklərinin köşkü qoyulub.

“Təsəvvür edin ki, qeydiyyata 2 saat qalmış hava limanına uşaqlı ailələr, ahıllar gəlir. Oturmağa yer yoxdur. Sanki hava limanı yox, hansısa ticarət mərkəzindəsən. Bu özbaşınalıq aradan götürülməlidir” ,-deyə vətəndaşlar bəyan edir.

Məsələ ilə bağlı Azərbaycan Hava Yollarına (AZAL) sorğu göndərdik.

Sorğuya cavab olaraq bildirildi ki, terminalın birinci mərtəbəsində yerləşən xidmət və reklam nöqtələri uzun müddətdir aeroport infrastrukturunun tərkib hissəsidir və yeni yerləşdirilmə xarakteri daşımır:

“Sözügedən sahə gözləmə zalı deyil, qeydiyyat və gəliş zonası kimi funksional təyinat daşıyır. Oturacaqlar ləğv edilməmiş, terminalın müxtəlif hissələrində saxlanılmışdır.

Sərnişinlər üçün əsas gözləmə zonaları ikinci mərtəbədə, eləcə də təhlükəsizlik və sərhəd nəzarətindən sonra yerləşir və uçuş öncəsi rahat gözləmə imkanları mövcuddur.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin komfortunun və xidmət keyfiyyətinin təmin edilməsini daim prioritet olaraq saxlayır“.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
icma.az

1Mənbələr